Menu
Sənin kartın

Jo Malone

Jo Malone

Jo Malone markası istedadın hər zaman öndə olduğunu layiqincə təsdiq edir. Əks halda 27 il öncə yaradılmış markanın satış rekordları qırması qeyri-mümkün olardı. Markanın yaradıcısı Mary Jo Malone uşaqlıqdan ətriyyat sahəsinə maraq göstərməsi ilə seçilirdi. Bu heç kimi təəccübləndirmirdi, çünki parfümerin atası incəsənət xadimi, anası isə kosmetoloq idi.

1983-cü ildə gələcək parfümer Chelsea-da gözəllik klinikası açır. Bu klinikada müştərilərə xüsusi yanaşması və unudulmaz ətirləri sayəsində böyük populyarlıq qazanan xanım, ətriyyat sənətini daha gözəl mənimsəmək üçün Grasse şəhərinə yollanır. Səfərindən qayıdaraq əfsanə ətirlərindən yaradan parfümer, 1994-cü ildə adını brendləşdirir. Dünya ulduzları arasında brendin ətirlərini seçən ulduzlar çoxdur. (Britney Spears, Sandra Ballock, Ben Affleck və s.)

Brendin demək olar ki, bütün ətirləri – Mary Jo Malone-un özünün sehrli fantaziyasının və yaradıcılığının nəticəsidir. Mary markasını 1999-cu ildə Estee Lauder korporasiyasına satsa da, brendin əsas parfümeri olaraq fəaliyyətini davam etdirir. 

Brend: Jo Malone
Jo Malone Wood Sage & Salt -  Kişilər və qadınlar üçün nəzərdə tutulmuş ətir, fujer ətirlər qrupuna aiddir. Ətir 2014-cü ildə istehsal olunmuşdur. Parfümer: Christine Nagel.(Ambretta, Duz;) (Adaçayı, Dəniz yosunları;) (Qreypfrut və Dəniz yosunları.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Gösterilen: 13 ile 13 arası, toplam: 13 (2 Sayfa)